Məmmədbağır Əliyev: Qalib dövlətdən mükafat almaq ikiqat şərəflidir
sizinxeber.az xəbər saytı

Məmmədbağır Əliyev: Qalib dövlətdən mükafat almaq ikiqat şərəflidir


Bu gün Azərbaycan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilmiş akademik Məmmədbağır Əliyev bu əlamətdar hadisə ilə bağlı təəssüratlarını bölüşüb.

“Sizinxeber.az”un Rusiya bürosunun məlumatına görə, dünya şöhrətli onkoloq 70 illik yubileyi günündə bu xəbəri böyük sevinclə qarşılayıb.

O, qalib dövlətdən mükafat almağın ikiqat şərəfli olduğunu vurğulayıb.

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. Azərbaycanın qalib statusunda olması bunu daha da sevincli edir”, – M.Əliyev bildirib.

Onun sözlərinə görə, təcrübəni bölüşmək çox vacibdir: “Bu gün Rusiyada 15 klinikada eyni üsulla əməliyyatlar aparılır. Biz Rusiyada, MDB-də ciddi komanda yaratmışıq. Azərbaycanda Cəmil Əliyev və Əhliman Əmiraslanovun da əla məktəbləri var. Biz vahid protokol əsasında, vahid komanda şəklində işləyirik”.

Qeyd edək ki, Məmmədbağır Əliyev azərbaycanlı və rusiyalı onkoloq-həkim, professor, tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademikidir. O, Ümum-Rusiya Azərbaycan Konqresinin ilk prezidenti (2001 – 2016) olub. O həm də “Dostluq” ordeni sahibidir.

Oxşar xəbərlər

Azərbaycanlı akademik “Şərəf” ordeni ilə təltif edilib
Məmmədbağır Əliyev "Şərəf" ordeni ilə təltif edilib
Eldar Aytmatov: Azərbaycan Prezidentinə "Çingiz Aytmatov" ordenini təqdim etmək mənim üçün böyük şərəfdir
Azərbaycan Prezidenti Tatarıstanın “Dostluq” ordeni ilə təltif edilib
Azərbaycanlı ikiqat olimpiya çempionu Rusiyada yenidən federasiya prezidenti seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle