TƏBİB “Autizm xəstəlik deyil, fərqlilikdir” adlı layihə keçirib
TƏBİB 2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar “Autizm xəstəlik deyil, fərqlilikdir” adlı layihə keçirib.
Bu barədə "Sizinxeber.az"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi autizmli şəxslərin cəmiyyətə inteqrasiyasına yardım etmək və inklüziv düşüncə tərzini aşılamaqdır.
Korporativ sosial məsuliyyət layihəsi çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyinin mərkəzində təhsil alan uşaqlar öz xəyal dünyalarındakı rənglərlə "Mənim rəngli dünyam" konseptli rəsmlər çəkiblər. Onların çəkdiyi rəsmlərin Respublika Pediatriya Mərkəzində daimi sərgilənməsi nəzərdə tutulub.
Tədbir Azərbaycanda ilk inklüziv kafe olaraq neyromüxtəlifliyi olan gənclərin cəmiyyətə inteqrasiyasını dəstəkləyən “Kashalata Cafe”də baş tutub.
Qeyd edək ki, autizmin ağır, orta və yüngül dərəcələri var. Bu spektr müxtəlif səbəblərlə bağlı olaraq uşaqlığın ilk üç ili ərzində ünsiyyət, göz kontaktının, sosial bacarığın olmamasının nəticəsi kimi özünü göstərən məhdud maraq və təkrarlayıcı hərəkətlərlə ortaya çıxan kompleks inkişaf pozuntusudur.
Oxşar xəbərlər
Azərbaycanda 5 min autizm sindromlu əlilliyi olan şəxs var
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək olub
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
