Azərbaycanda 5 min autizm sindromlu əlilliyi olan şəxs var
sizinxeber.az xəbər saytı

Azərbaycanda 5 min autizm sindromlu əlilliyi olan şəxs var


Azərbaycanda 5 min autizm sindromlu əlilliyi olan şəxs var.

Bu barədə "Sizinxeber.az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu kateqoriyadan olan şəxslərə də reabilitasiya xidmətləri göstərilir.

Autizm sindromlu əlilliyi olan şəxslərin potensiallarına uyğun inkişafı, sərbəst yaşamaq imkanlarının dəstəklənməsi məqsədilə onlar koqnitiv, nitq, özünəqulluq bacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiya yoqa, dance ability (rəqs terapiyası) və s. istiqamətlərdə reabilitasiya xidmətlərinə cəlb olunurlar.

Agentlik tərəfindən həmin şəxslər ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb edilirlər. Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya autizm spektr pozuntusu ilə yanaşı, daun simdromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət  təsir edir.

Mərkəzlərdə autizm sindromlu əlilliyi olan şəxslər ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Oxşar xəbərlər

Əlilliyi olan 80 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
Əlilliyi olan 91 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib
Əlilliyi olan 15 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Son 11 ayda əlilliyi olan 113 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər