Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə Perinatal Mərkəzə son model ultrason cihaz və yeni küvəzlər verilib
sizinxeber.az xəbər saytı

Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə Perinatal Mərkəzə son model ultrason cihaz və yeni küvəzlər verilib


Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində Perinatal Mərkəzə bir ədəd son model ultrason cihaz və dörd küvəz verilib.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov məlumat verib.

O xatırladıb ki, martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə Perinatal Mərkəzdə olublar:

"Tibb müəssisələri daim dövlətin diqqət mərkəzindədir. Mehriban Əliyevanın martın 6-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzini ziyarət etməsi və göstərilən qayğı da bunun bariznümunəsidir".

İ.İsmayılov həmçinin əlavə edib ki, Perinatal Mərkəzdə 4 şöbə və 80 çarpayı var:

"Yenidoğulmuşlar şöbəsində 14 küvəz var. Tibb müəssisəsi il ərzində 2 500-3 000 pasiyentə tibbi xidmət göstərir. Bunlardan təxminən 30 faizi qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirir".

Qeyd edək ki, Gəncə Perinatal Mərkəz 2008-ci ildə fəaliyyətə başlayıb.

Oxşar xəbərlər

Birinci vitse-prezident Gəncəyə səfəri ilə bağlı paylaşım edib
Gəncəyə olan dövlət qayğısı şəhərin inkişafında müstəsna rol oynayır - RƏY
Birinci vitse-prezident Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub
Mehriban Əliyevanın tapşırığı ilə rəsmilər KTM-ə yerləşdirilən xəstələrə baş çəkiblər
ABŞ səfirliyi Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle