Birinci vitse-prezident Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub
sizinxeber.az xəbər saytı

Birinci vitse-prezident Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub


Martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olublar.

"Sizinxeber.az" bildirir ki, Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov Gəncə və ətraf regionlardan olan vətəndaşlara xidmət göstərən Perinatal Mərkəz barədə məlumat verdi.

Qeyd olundu ki, Perinatal Mərkəz ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yeni göz açan körpələrə yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən tibb müəssisəsidir.

Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı Perinatal Mərkəzə Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı hədiyyə olundu.

Yeni doğulmuş körpələri ziyarət zamanı analara Fondun hədiyyələri də təqdim edildi.

Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biri də səhiyyə sahəsidir. Fondun “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələr, bir çox xeyriyyə aksiyaları səhiyyə sahəsinə mühüm dəstəkdir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də müasir səhiyyə ocaqları inşa edilir, ən son texnologiyalı tibbi avadanlıqla təchiz olunur.

Oxşar xəbərlər

Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub
Mehriban Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə aparılan təmir-bərpa işləri ilə tanış olub
Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki 40 saylı körpələr evi-uşaq bağçasında olub
Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle