Son bir ayda 82 plastik cərrah sənədlərini Səhiyyə Nazirliyinə təqdim edib, yoxlama aparılacaq
Ötən ilin dekabr ayının 27-dən bu günə qədər 82 plastik cərrah sənədlərini Səhiyyə Nazirliyinə təqdim edib.
"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq.
Bildirilib ki, yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, sənədlərini təqdim etməyən plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.
Oxşar xəbərlər
Son bir ayda 82 plastik cərrah sənədlərini Səhiyyə Nazirliyinə təqdim edib
Plastik cərrahların sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmələri üçün verilən vaxt başa çatır
Plastik cərrahların sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmələri üçün son gündür
SN: Bu gün plastik cərrahların sənədlərini təqdim etmələri üçün son gündür
Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













