TƏBİB tabeli tibb müəssisələrində çalışan işçilərin sayı açıqlanıb
TƏBİB-in tabeli tibb müəssisələrində 93 min 64 işçi çalışır, onlardan 16 min 695-i həkimdir.
"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, TƏBİB Aparatında 315 nəfər fəaliyyət göstərir:
"Bu il ərzində tabeli tibb müəssisələrinə müsahibə tələb olunan vəzifələr üzrə 1 245 müraciət daxil olub. Onlardan 711 müraciətə müsbət rəy verilib. 79 namizəd tabeli tibb müəssisələrinin rəhbər vəzifələrinə qəbul olunub. İşə qəbulla bağlı daxil olan tabeli müəssisələr üzrə müsahibəsiz müraciətlərə dair isə 748 müraciət daxil olub. Onlardan 494 nəfərə müsbət rəy verilib".
V.Qurbanov vurğulayıb ki, çalışmanın yaş həddi ilə bağlı Bakıda yerləşən tibb müəssisələrindən xitam olunan həkim mütəxəssislərin regionlardakı tibb müəssisələrinə işə qəbul layihəsi çərçivəsində 29 namizəd müəssisələrə yönləndirilib, onlardan 11-i işə qəbul olunub. 21 müəssisənin ümumi ştat və strukturunda dəyişiklik edilib".
Oxşar xəbərlər
Bu il TƏBİB tabeli tibb müəssisələrinə 79 nəfər rəhbər heyətə işə qəbul olunub
TƏBİB-in tabeli müəssisələrində 149 seçki məntəqəsi təşkil olunub
Bu il TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Bu ilin ötən dövründə TƏBİB tabeli xəstəxanalarda 62 milyona yaxın tibbi xidmət göstərilib
TƏBİB: COP29 çərçivəsində bütün tibb müəssisələrinə baxış keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













