Vüqar Qurbanov: Əhalinin böyük hissəsi qrip əleyhinə peyvənd olunub
sizinxeber.az xəbər saytı

Vüqar Qurbanov: Əhalinin böyük hissəsi qrip əleyhinə peyvənd olunub


Əhalinin böyük hissəsi qrip əleyhinə peyvənd olunub.

Bu barədə "Report"un sualını cavablandıran TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Səhiyyə Nazirliyi oktyabr ayından etibarən TƏBİB tabeli tibb müəssisələrini qripə qarşı vaksinlə təmin edib:

"Vaksinasiya ilə əlaqəli kifayət qədər müraciət var. Əhalinin demək olar böyük hissəsi artıq peyvənd olunub. Vaksin ehtiyatı da kifayət qədərdir. Buradan bir daha çağırış edərdim ki, qripə qarşı vaksinasiya kəskin respirator virus infeksiyalarına yoluxma ehtimalını azaldır. Yoluxma baş versə belə, xəstəliyi yüngül formada keçirəcəklər. Tövsiyə edərdim ki, kim vaksinasiya prosesindən kənar qalıbsa peyvənd olunsun".

Oxşar xəbərlər

Azərbaycana qrip əleyhinə peyvənd gətirilib, vaksinasiyaya başlanılır
Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiyaya çağırıb
Son bir ayda 17 minə yaxın şəxs qrip əleyhinə vaksinasiya olunub
Qrip əleyhinə vaksinasiyaya başlanılıb
TƏBİB: "Tibb müəssisələrində 2 minə yaxın şəxs qrip əleyhinə peyvənd vurdurub"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər