Naxçıvanda süd emalı sexinin fəaliyyəti məhdudlaşdırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
okt
2024
18:30

Naxçıvanda süd emalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

29 okt, 2024
18:30
665

Naxçıvanda süd emalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Babək rayonu Sirab kəndində yerləşən “İlham” MMC-nin süd məhsulları emalı sexində aparılan plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi müəyyən edilib.

Belə ki, gigiyena qaydalarına əməl olunmadığı, çalışan işçilərin dövri tibbi yoxlamadan keçmədiyi, çirklənməyə qarşı müdafiə tətbirlərinin tətbiq edilmədiyi, həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı, bəzi avadlanlıqlarda paslanma yarandığı aşkarlanıb.

Eyni zamanda, müəssisənin istehsalı olan “Teymuroğulları” əmtəə nişanlı şor məhsullarının etiket məlumatlarında saxlama müddəti 10 gün olsa da, istehsalçı tərəfindən əlavə olaraq yararlılıq müddəti 30 gün göstərilib ki, bu da istehlakçı hüquqlarının pozulmasıdır. Aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti dayandırılıb. Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın