Bu ilin ilk altı ayında Qəbələ RMX-da çalışan həkimlərin həvəsləndirici əlavəsi 3600 manatı keçib
Bu ilin ilk altı ayında Qəbələ Rayon Mərkəzi Xəstəxanasında çalışan həkimlərin həvəsləndirici əlavəsi 3600 manatı keçib.
"Sizinxeber.az" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına təşkil olunmuş mediatur zamanı deyib.
Onun sözlərinə görə, həkimlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin gəlirlərində əsaslı artımlar olub:
"Həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Qəbələ RMX-da 2023-cü ildə həkimlərə verilən işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 733 manat olmuşdusa, 2024-cü ilin altı ayında bu rəqəm 1206-ya qədər yüksəlib. Buna səbəb pasiyent sayının çoxalması, Xidmətlər Zərfində tibbi xidmətlərin sayının və tariflərinin artması olub. Bəzi həkimlərimiz üçün işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 2023-cü ildə maksimum 2200 manatı, 2024-cü ilin ilk altı ayında isə 3600 manatı keçib”.
Oxşar xəbərlər
Bu ilin altı ayında icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub
Bu ilin ötən dövründə TƏBİB tabeli xəstəxanalarda 62 milyona yaxın tibbi xidmət göstərilib
Bu ilin altı ayında icbari tibbi sığorta hesabına 42 mindən çox abort edilib
Naxçıvanda icbari tibbi sığorta daxilolmaları 17 % artıb
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













