İmişlidə qanvermə aksiyası keçirilib
İmişli rayonunda “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin dəstəyi ilə qanvermə aksiyası keçirilib.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, rayonun mərkəzi xəstəxanasının binasında təşkil edilən aksiyada İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon sakinləri iştirak ediblər.
Mərkəzi Qan Bankının həkim briqadası xəstəxananın tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiyada 100-ə yaxın könüllü donordan qan götürülüb.
Tədarük olunan qan nümunələri Mərkəzi Qan Bankının laboratoriyasında yoxlanıldıqdan sonra irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq. Aksiya iştirakçıları həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu vurğulayıb, bu nəcib təşəbbüsə qoşulan könüllü donorlara minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər
“Bank of Baku” qanvermə aksiyası keçirdi: “Qanında həyat var!” - FOTO
Bakıda könüllü qanvermə aksiyası keçirilib
“Bank of Baku” qanvermə aksiyası keçirdi: “Qanında həyat var!”
“Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir
Mövsümün sonuncu kütləvi təmizlik aksiyası təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
