Naxçıvanda xüsusi təhlükəli xəstəliklərə qarşı epizootoloji monitorinqlər keçirilib
“Naxçıvan Muxtar Respublikasının 2024-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”na uyğun olaraq, 26-31 avqust tarixlərində muxtar respublika ərazisində epizootoloji monitorinqlər keçirilib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, monitorinq zamanı peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi ilə bağlı iri və xırdabuynuzlu heyvanlardan dioqnastik nümunələr götürülüb.
Muxtar respublika ərazisi üzrə Naxçıvan şəhəri və 7 rayon olmaqla təsadüfi seçmə üsulu ilə müəyyənləşdirilmiş ümumilikdə 41 müxtəlif yaşayış məntəqəsindən (kənd, qəsəbə) 194 ailə və ya fərdi təsərrüfatlarda saxlanılan iri və xırdabuynuzlu heyvanlardan xüsusi təhlükəli xəstəliklərə qarşı laborator müayinələrin aparılması üçün 534 iribuynuzlu və 529 xırdabuynuzlu heyvandan qan nümunələri götürülüb, habelə təsərrüfatlar üzrə ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri aparılıb.
Monitorinqlər çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar respublika üzrə ümumi “Epicollect 5” proqramına daxil ediləcək.
Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin və Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin mütəxəssisləri iştirak edib.
Götürülmüş qan nümunələri müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib.
Oxşar xəbərlər
Naxçıvanda bilyard üzrə muxtar respublika birinciliyi keçiriləcək
Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
