AQTA: “Niasitol” preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir
“Niasitol” orta zəhərlilik effektinə malik baytarlıq preparatı kimi Azərbaycana idxal olunur.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.
AQTA rəsmisi bildirib ki, bu preparat müxtəlif növ heyvanların müəyyən parazitlərə qarşı mübarizəsində istifadə olunur: “Preparatın hazırlanması, eləcə də istifadəsi mütləq şəkildə baytarlıq mütəxəssislərinin nəzarəti altında və iştirakı ilə həyata keçirilməlidir. “Niasitol” preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir”.
Qeyd edək ki, AQTA “Niasitol”u 2021-ci ildə baytarlıq preparatı kimi dövlət qeydiyyatına alıb.
Xatırladaq ki, Göygöl rayonunun Balçılı kənd sakinləri, 1961-ci il təvəllüdlü qadın və üç azyaşlı dəqiqləşdirilməmiş dərman zəhərlənib. Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.
Oxşar xəbərlər
Göygöldə beş nəfər zəhərlənib, bir nəfər ölüb - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
