Yeni Klinikada 25 nəfərə sümük iliyinin köçürülməsi nəzərdə tutulur
sizinxeber.az xəbər saytı

Yeni Klinikada 25 nəfərə sümük iliyinin köçürülməsi nəzərdə tutulur


İlkin mərhələdə Yeni Klinikada 25 nəfərə sümük iliyinin köçürülməsi nəzərdə tutulur.

Bunu "Sizinxeber.az"un sualına cavabında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada sümük iliyi transplantasiyasına başlanılması üçün hazırlıqlar gedir: "İlkin mərhələdə 25 xəstəlik çarpayı fondu olan şöbə nəzərdə tutulub. Sonradan sayın artırılması mümkün olacaq. Xatırladım ki, sümük iliyi köçürülməsi icra olunan pasiyent tam steril şəraitdə olmalıdır. Bu istiqamətdə beynəlxalq ekspertlərlə, əməliyyatı icra edən dünyanın ən qabaqcıl tibb müəssisələri ilə danışıqlar aparır, təcrübələrini öyrənirik".

O qeyd edib ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə həm onların, həm də TƏBİB tabeliyində olan tibb müəssisələrində çalışan bir qrup həkim, eləcə də orta tibb işçisinin bu istiqamətdə biliklərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif təlimlərə göndərilməsi həyata keçirilir: "Onlardan bir qrupu artıq təlimlərə cəlb edilib, digər bir qrupun da gələn il təlimlərə cəlb edilməsi gözlənilir. Çox güman gələn il Yeni Klinikada ilk sümük iliyi transplantasiyası həyata keçiriləcək".

Oxşar xəbərlər

Tibbi turizmlə bağlı ilkin planlar hazırlanıb
TƏBİB-in icraçı direktoru rentgen aparatları ilə bağlı aparılan monitorinqlərə münasibət bildirib
TƏBİB: "Tibb müəssisələrində 2 minə yaxın şəxs qrip əleyhinə peyvənd vurdurub"
TƏBİB-in yeni kommunikasiya strategiyası hazırlanır
Azərbaycanda qızılca ilə bağlı son durum açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər