AQTA bir sıra ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb
sizinxeber.az xəbər saytı

AQTA bir sıra ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb.

Bu barədə "Report"a Agentlikdən məlumat verilib.

Məlumata görə, AQTA Almaniya, ABŞ, Argentina, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Çex, Estoniya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Norveç, Özbəkistan, Polşa, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiya və Yeni Zelandiyanın qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyi tanınıb. Bu barədə Agentlik tərəfindən müvafiq qərar qəbul edilib

Yüksək riskli qida məhsulları istehsal edən həmin ölkələrin müəssisələri bundan sonra əlavə qiymətləndirmə aparılmadan Azərbaycana məhsul ixrac edə biləcəklər.

Belə ki, ekvivalentliyi tanınmış ölkələrin səlahiyyətli qurumları tərəfindən müəssisələrin təsdiqinə dair təqdim edilən rəsmi məlumatlar və ya müvafiq sənədlər Agentliyə təqdim olunduğu halda, bu müəssisələrin yenidən təsdiqinə ehtiyac qalmır. Qərarın qəbulundan əvvəl Agentlik tərəfindən həmin ölkələrin qida təhlükəsizliyi sistemləri qiymətləndirilib, ticarət dövriyyəsi zamanı müşahidə olunan qida təhlükəsizliyi sahəsində uyğunsuzluqların statistikası nəzərə alınıb.

Qərara əsasən, tanınma üçün əsas götürülən meyarlara uyğunsuzluq halları aşkarlandıqda və ya həmin ölkələrdən Azərbaycana insan və heyvan sağlamlığı üçün təhlükəli olan qida və yem məhsullarının ixracı halları təkrarlandığı təqdirdə, müvafiq ölkənin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin ləğv olunması məsələsi Agentliyin Kollegiyasında müzakirəyə çıxarılacaq.

Ümumilikdə bu qərar Azərbaycan ilə adıçəkilən ölkələr arasında qida məhsullarının ticarət dövriyyəsinin genişlənməsinə töhfə verəcək.

Oxşar xəbərlər

Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub
AQTA Azərbaycana gətirilən məhsulların uyğunsuzluğu ilə bağlı 4 ölkəyə xəbərdarlıq məktubu ünvanlayıb
AQTA-dan bu məhsulla bağlı xəbərdarlıq: Kimyəvi maddə...
AQTA: Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb
AQTA: Uyğunsuzluq aşkarlanan partiya ölkəmizə idxal olunmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle