Türk dövlətləri arasında onkologiya sahəsi üzrə elmi əməkdaşlığa dair memorandum imzalanıb
Türk dövlətləri arasında onkologiya sahəsi üzrə elmi əməkdaşlığa dair memorandum imzalanıb.
"Sizinxeber.az" xəbər verir ki, tərəflər sənədi iyunun 13-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresi çərçivəsində razılaşdırıblar.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresində dünyanın on ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edirlər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, həmçinin Amerika Birləşmiş Ştatları, Almaniya, Tacikistan və Gürcüstandan olan nümayəndələr türkdilli ölkələrdə, eləcə də dünyanın bu sahədə böyük təcrübəsi olan dövlətlərində onkoloji xidmətlərin təşkili, baş-boyun şişlərinin müalicəsi və profilaktikası, torakal onkologiya, süd vəzi xərçəngi və digər mövzularda mühazirə və çıxışları dinləyəcək, fikir mübadiləsi aparacaqlar.
Konqres işini iyunun 14-dək davam etdirəcək.
Oxşar xəbərlər
Türk dövlətləri onkoloqlarının assosiasiyasının yaradılması təklif olunub
Murat Yaman: “TDT-yə üzv ölkələr arasında ticarət dövriyyəsi aşağıdır”
Şuşada “Türktransplant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB
Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
