Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb
Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına təşkil edilən səfərin ikinci günündə Laçın rayonuna yola düşüblər.
"Sizinxeber.az"un bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində Laçın şəhərində yerləşən "Zerti Aqro Sənaye Parkı"nda fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvan saxlama müəssisələri, eləcə də istixana və fidanlıq komplekslərinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır.
Diplomatların "Laçın" İstirahət Kompleksini ziyarəti də nəzərdə tutulur.
Qeyd edək ki, baş tutan bu səfər işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin sayca 21-ci səfəridir.
Bu cür səfərlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin miqyasını və əldə olunan nəticələr barədə obyektiv təsəvvür formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
