Tamaş Torma: Qarabağdakı dəyişikliklər hər səfərdə nəzərə çarpır
sizinxeber.az xəbər saytı

Tamaş Torma: Qarabağdakı dəyişikliklər hər səfərdə nəzərə çarpır


Qarabağdakı dəyişikliklər və inkişaf regiona hər səfər zamanı nəzərə çarpır.

Bu barədə "Report"a Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma bildirib.

"Bu, mənim Qarabağa ilk səfərim deyil. Mən hətta səfərlərin sayını dəqiq deyə bilmirəm - artıq 10-15-dir. Onların hamısı son dərəcə yaxşı təşkil olunmuşdu. Və hər dəfə bura gələndə mən fərqi görürəm. Aktiv bərpa işlərini və regionun inkişafını görürəm", - diplomatik korpusun səfəri çərçivəsində regiona səfər edən səfir bildirib.

O, həmçinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üzrə aparılan işlərə yüksək qiymət verib.

"Mən bu fürsətdən istifadə edərək öz səmimi təbriklərimi və bu inkişafa verdiyim yüksək qiyməti ifadə etmək istərdim", - səfir qeyd edib.

Oxşar xəbərlər

Tamaş Torma: Macarıstanın Azərbaycana ixracının 49 faizini əczaçılıq məhsulları təşkil edir
Macarıstan şirkətləri Azərbaycanın azad edilən bir sıra ərazilərində bərpa işləri həyata keçirəcək
Braziliya səfiri: Ağdam yenidən Qarabağın iqtisadi mərkəzinə çevriləcək
Viktor Orban COP29-da iştirak edəcək
Səfir: COP29-da Macarıstanı Baş nazir Viktor Orban təmsil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər