Braziliya səfiri: Ağdam yenidən Qarabağın iqtisadi mərkəzinə çevriləcək
Ağdam Sənaye Parkı və orada yaradılan infrastruktur çoxlu sayda sahibkarı cəlb edəcək ki, bu da Ağdamın Qarabağ regionunun iqtisadi mərkəzi statusunu bərpa etməsinə imkan verəcək.
Bunu “Report”un müxbirinə Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro diplomatik korpusun Qarabağa səfəri zamanı bildirib.
"Qarabağda infrastruktur layihələri valehedici intensivliklə həyata keçirilir. Mənim üçün azad edilmiş ərazilərə bu səfər son dərəcə faydalı oldu - Qarabağın bərpası layihəsinin həyata keçirilməsinin miqyası və tempinin şəxsən şahidi ola bildim", - diplomat təəssüratlarını bölüşüb.
M.Monteneqro xüsusilə qeyd edib ki, regionun bərpa tempi və bu proses planlaşdırılarkən insanları regiona cəlb etmək üçün lazım olan bütün aspektlərin nəzərə alınması faktı onu heyrətləndirib.
"Müasir infrastruktur və biznes üçün əlverişli şərait yaradılıb. Ağdam tarixən regionun iqtisadi mərkəzi olub və indi əminliklə əvvəlki statusunu qaytarmağa doğru irəliləyir. Şəhəri, şübhəsiz ki, böyük uğur gözləyir, o, çoxlu sayda sahibkarı cəlb edəcək", - səfir vurğulayıb.
Diplomat vurğulayıb ki, bərpa olunan region xüsusilə azad edilmiş ərazilərdə yeni iqtisadiyyatın yaradılmasına töhfə vermək istəyən gənc nəsil üçün cəlbedici olacaq.
Oxşar xəbərlər
Fələstin səfiri Qarabağın gözəlliyinə heyran qalıb: Buraya böyük məmuniyyətlə qayıdacağam
Braziliya səfiri: Azərbaycan Qarabağda genişmiqyaslı yenidənqurma-bərpa işləri həyata keçirib
Gürcüstanlı səyahətçi: Hər dəfə Qarabağda tikinti işlərinin necə fəal getdiyinin şahidi oluram
Qarabağdakı sənaye parklarında bu il yeni müəssisələr fəaliyyətə başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
