

Laçın Beynəlxalq Hava Limanının açılışı olub - YENİLƏNİB
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
"Sizinxeber.az"un Laçına ezam olunan müxbirinin verdiyi xəbərə əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.
“Sizinxeber.az”un Laçına ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.
Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən uzunluğu 3000, eni isə 45 metr olan uçuş-enmə zolağı inşa edilib. 5578 kvadratmetrlik terminal binası saatda 200 nəfərə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, kafeteriyalar, tibbi xidmət sahələri, ofis otaqları, və 150 yerlik avtodayanacaq mövcuddur.
Laçın rayonunun Qorçu kəndinin yaxınlığında dəniz səviyyəsindən 1738 metr hündürlükdə yerləşən hava limanın ümumi ərazi 131.3 hektardan çoxdur. Bu hava limanı postsovet məkanında ən yüksək dağlıq hava limanlarından biri statusunu qazanıb. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatır.
Oxşar xəbərlər
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
Ərdoğanın Laçında qarşılanma mərasimi olub - YENİLƏNİB - 2
Ərdoğan Türkiyədən Laçına yola düşüb
Bu gün Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçiriləcək
Xidmət rəsmisi: "Laçın aeroportunun tikintisi başa çatmaq üzrədir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
Pakistan Baş naziri: Qəzzada atəşkəs elan olunmalıdır
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Merts "Şimal axınları"nın işə salınmasına yol verməyəcəyini açıqlayıb
