Niderlandlı səyyah: Azərbaycanın Qarabağı necə sürətlə bərpa etməsi məni heyrətləndirir
Qarabağa səfər müharibə görmüş ərazidə yaşamağın nə demək olduğunu daha yaxşı başa düşməyə, Azərbaycanın bu əraziləri necə sürətlə bərpa etdiyini görməyə imkan verdi.
Bu barədə “Report”a açıqlamasında niderlandlı səyyah Nik Ter Horst bildirib.
“Ölkə təkcə müharibənin nəticələri ilə mübarizə aparmır, həm də regionu fəal şəkildə inkişaf etdirir. Əvvəllər Azərbaycanda olmuşam, Bakıya səfər etmişəm. Maks Ferstappenə azarkeşlik etdiyim Formula-1 Qran-prisində ölkəyə ilk səfərimdən çox yaxşı təəssüratlarım var idi. İndi isə Qarabağı görmək, yenidənqurma və bərpa üzrə dövlət layihələri ilə tanış olmaq üçün bu səfərə qoşuldum", - o vurğulayıb.
Səyyah əlavə edib ki, ötən il atası da Qarabağ bölgəsində oxşar səfərdə olub və bu layihələri yüksək qiymətləndirib: "Ona görə də bu il bu səfərə qoşulmağa qərar verdim. Bərpa işlərinin necə fəal aparıldığını və yeni obyektlərin necə sürətlə tikilməsini müşahidə etmək heyrətamizdir".
O, həmçinin Ağdama səfərindən təəssüratlarını bölüşüb və şəhərin son bir ildə necə dəyişdiyini qeyd edib: "Atam deyirdi ki, bir il əvvəl orada demək olar ki, heç nə yox idi, indi isə artıq binalar var. 150 min əhalisi olan şəhərdən gələn bir insan üçün belə bir yerin yox ola biləcəyini təsəvvür etmək çətindir. Amma hər şeyin necə sürətlə bərpa olunduğunu və şəhərin necə gözəlləşdiyini görmək inanılmazdır".
Oxşar xəbərlər
Gürcüstanlı səyyah: Qarabağın necə fəal şəkildə bərpa olunduğunu görmək sevindiricidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
