İlin sonunadək Xocalının Təzəbinə kəndində ümumilikdə 197 fərdi ev hazır olacaq
Bu ilin sonunadək Xocalının Təzəbinə kəndində ümumilikdə 197 fərdi ev hazır olacaq.
Bunu "Sizinxeber.az"un Xocalıya ezam olunan əməkdaşına Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarda Tikinti, Bərpa və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
Onun sözlərinə görə, gələn il isə daha 159 fərdi evin təmir və bərpası nəzərdə tutulub.
Şöbə müdiri xatırladıb ki, iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.
Məlumat verilib ki, hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir.
Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub. Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb. 3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb.
Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.
Xatırladaq ki, İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Xocalının Xanyurdu kəndində olub, bir qrup sakinlə görüşüb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda anbarlarda mövcud olan su ehtiyatlarının həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













