Xocalı rayonunun Xanyurdu kəndinə çatan ailələrə evlərin açarları təqdim edilib - YENİLƏNİB
Xocalı rayonunun Xanyurdu kəndində öz doğma ocaqlarına köçən 33 ailəyə mənzillərin açarları təqdim edilib.
"Sizinxeber.az"un Xocalıya ezam olunan müxbirinin verdiyi xəbərə əsasən, çərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər.
Xanyurdu kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.
Açarları alan ailələrin hər birinə firavan yaşamaq arzu edilib.
Doğma yurda yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.
"Sizinxeber.az"un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, Xanyurdu kəndinə İlk mərhələdə 122 nəfərdən ibarət 33 ailə köçürülüb.
Sakinləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri qarşılayıblar.
Xanyurdu kəndində daimi yaşayış üçün köçürülən ailələr üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Oxşar xəbərlər
Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlk köç karvanı Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə çatıb, açarlar təqdim olunub- FOTO - YENİLƏNİB-1 - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalının Təzəbinə kəndinə ilk köçən ailələrə evlərin açarları təqdim olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün Xocalı və Ağdərənin kəndlərinə qayıdacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xanyurdu kənd sakini: Doğma yurduma qovuşacağım günü səbirsizliklə gözləyirdim [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













