sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Çin BMT Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi edə bilər
Çin 2028-ci ildə BMT Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Vanq Yi iyunun 10-da ilk Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş tədbirin iştirakçılarına video müraciətində bildirib.
"Sivilizasiyalar arasında dialoq vasitəsilə biz qlobal problemlərin həlli üçün müdriklik əldə edə və modernləşmə yollarını genişləndirə bilərik. Çin 2028-ci ildə Qlobal Forumun keçirilməsi imkanını nəzərdən keçirməyə və sivilizasiyalar arasında dialoq ilə məşğul olan BMT strukturlarına töhfə verməyə hazırdır", - Vanq Yi bildirib.
Məlumat yenilənir
Oxşar xəbərlər
Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək
Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb
Adil Kərimi Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib
Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilib
Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













