Ukrayna XİN başçısı: Azərbaycanla münasibətlərin inkişafında maraqlıyıq
Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna xarici işlər naziri Andriy Sibiha deyib.
“Biz Azərbaycanla strateji tərəfdaşımız olaraq ikitərəfli münasibətlərin inkişafında son dərəcə maraqlıyıq. Biz bütün səviyyələrdə dialoqların inkişafında maraqlıyıq. Səfərimizin də əhəmiyyəti budur”, – Ukraynanın baş diplomatı vurğulayıb.
XİN başçısı Azərbaycanın Ukraynanın İrpin şəhərinə göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirib: “Biz artıq Azərbaycan tərəfindən Ukraynaya, xüsusilə İrpin şəhərinə göstərilən humanitar yardıma görə minnətdarıq. Biz bunu qiymətləndiririk. Həmçinin qış aylarında çətin vaxtlarda, ən çox ehtiyacımız olduğu zaman bizə göstərilən yardım, xüsusilə enerji avadanlığı ilə təmin olunmağımız üçün də minnətdarıq”.
O, iki ölkənin liderləri arasında daim təmasın olduğunu qeyd edib: “Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında daimi dialoq mövcuddur. Mənim ziyarətim hər iki ölkənin, hər iki xalqın xeyrinə ikitərəfli münasibətlərimizin daha da yaxınlaşmasına xidmət edən səfərdir və gözləntimiz böyükdür”.
Xatırladaq ki, mayın 25-da Sibihanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.
Oxşar xəbərlər
Səfir: Ukrayna müntəzəm humanitar yardıma görə Azərbaycana minnətdardır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəhreyn vəliəhdi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəhreyn vəliəhdi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Ukrayna Azərbaycanın göstərdiyi yardımı unutmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna səfiri: Qafqaz regionu ilə nəqliyyat əlaqələrinin inkişafında maraqlıyıq - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












