Bəhreyn vəliəhdi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bəhreyn vəliəhdi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq - YENİLƏNİB


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynə rəsmi səfəri çərçivəsində bu ölkənin vəliəhdi və Baş naziri Salman ibn Həməd ibn İsa Əl-Xəlifə ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Bəhreyn ikitərəfli və çoxtərəfli əməkdaşlığının hazırkı durumu, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

C.Bayramov rəsmi səfəri çərçivəsində nümayiş olunan yüksək qonaqpərvərliyə görə təşəkkür edib, bugünkü səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə olacağına dair ümidvarlıq ifadə edib.

İki ölkə arasında ali və yüksək səviyyədə siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə olunub, bu dinamikanın iqtisadiyyat, ticarət, investisiyalar, turizm, logistika, informasiya və kommunikasiya texnologiyaları üzrə konkret təşəbbüslər vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

2026-cı ilin Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərinin 30 illiyi ilə əlamətdar olacağı məmnunluqla qeyd edilib, bu illər ərzində münasibətlərin əsaslandığı prinsiplərin bundan sonra da əməkdaşlığın inkişafında rəhbər tutulmasının əhəmiyyəti qeyd edilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

13:43

Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə Krallığın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət başçısı xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

Söhbət zamanı vəliəhd ikitərəfli əlaqələrin dərinləşdirilməsinin və qarşılıqlı fəaliyyətin bütün istiqamətlərinin inkişafı üzərində birgə işin davam etdirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, bu, hər iki ölkənin rifahına və davamlı inkişafına töhfə verərək, qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni imkanlar yaradacaq.

Oxşar xəbərlər

Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəhreyn vəliəhdi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər