Nazir müavini: 2025-ci ilə qədər NDC-nin işlənilməsinə fəal kömək etmək niyyətindəyik
Azərbaycan 2025-ci ilin fevralına qədər təqdim edilməli olan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) işlənilməsinə fəal şəkildə təşviq etmək öhdəliyinə sadiqdir.
“Sizinxeber.az” xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsində deyib.
O qeyd edib ki, bu gün cəmi 30 ölkə öz NDC-lərini vaxtında təqdim etməyə hazırdır, ancaq bu, kifayət deyil.
Y.Rəfiyev hesab edir ki, bir çox inkişaf etməkdə olan ölkələrin iqlimlə bağlı tədbirləri həyata keçirmək üçün kifayət qədər vəsaiti yoxdur, bu da problemdir: “Bir çox ölkələr, xüsusilə də inkişaf etməkdə olan ölkələr, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətləri, iqlim dəyişikliyinin qarşısının alınması üzrə tədbirləri həyata keçirmək və eyni zamanda iqlim dayanıqlılığı şəraiti yaratmaq üçün maliyyə resurslarının çatışmazlığı səbəbindən xüsusilə həssasdır”.
Oxşar xəbərlər
COP29-un baş danışıqçısı Qırğızıstanın nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib
Baş danışıqçı: COP-lar BMT çərçivəsində ən inklüziv tədbirlərdəndir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
