Azərbaycan səfirliyinə hücum edən şəxsin İranda edamı prosesini diplomatik nümayəndəliyin iki əməkdaşı müşahidə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan səfirliyinə hücum edən şəxsin İranda edamı prosesini diplomatik nümayəndəliyin iki əməkdaşı müşahidə edib


Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı 2023-cü il yanvarın 27-də terror hücumu həyata keçirmiş Yasin Hüseynzadənin edamının icra prosesini Azərbaycan səfirliyinin iki əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin terrorçuya qarşı edam hökmünün icrası ilə bağlı şərhində deyilir.

O xatırladıb ki, hücum zamanı səfirliyin bir əməkdaşı qətlə yetirilmiş, iki əməkdaşı isə yaralanıb. 

"Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir.

Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik", - şərhdə deyilir.  

Oxşar xəbərlər

XİN: İrandakı edam prosesini səfirliyimizin iki əməkdaşı və vəkil müşahidə edib
İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmünü təsdiqləyib
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edamı üçün zəruri hazırlıqlar tamamlanıb
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edamına hazırlıqlar tamamlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər