Özbəkistan Türk Mədəniyyəti və İrsi Fonduna üzv qəbul edilib
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna qoşulması ilə bağlı qərar qəbul edilib.
“Sizinxeber.az”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, bu da mədəni əlaqələrin gücləndirilməsi və Avrasiya dünyasının zəngin və rəngarəng irsinin qorunması, təşviqi və inkişaf etdirilməsi istiqamətində mühüm addımdır:
"Eyni zamanda TDT Xarici İşlər Nazirləri Şurası Budapeştdəki nümayəndəliyinin icraçı direktoru vəzifəsinə təyinatla bağlı qərarı da təsdiqləyib. Bu nümayəndəlik Avropa tərəfdaşlarımızla əməkdaşlığın, koordinasiyanın və əlaqələrin gücləndirilməsində əhəmiyyətli rol oynayıb. Daha sonra dövlət başçıları Əfqanıstanla bağlı bəyanatı təsdiqlədilər. Bu da Türk Dövlətləri Təşkilatının Əfqanıstandakı dəyişən vəziyyətlə bağlı vahid mövqeyini və əlaqələndirilmiş yanaşmasını əks etdirir. Biz regional sülhə, sabitliyə və humanitar dəstəyə töhfə vermək öhdəliyimizi bir daha təsdiqləyirik”.
Oxşar xəbərlər
Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna daxil olması türk xalqları arasında əlaqələri möhkəmləndirəcək
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
Peter Siyarto: Dünya dəyişikliklər Türk Dövlətləri Təşkilatının əhəmiyyətini artırıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür
Mayın 21-də Macarıstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











