XİN: İran Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsinə dəstək verəcək
İran Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsi və imzalanması üçün səy və köməyini əsirgəməyəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi Ermənistan Ali Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə bildirib.
Nazir vurğulayıb ki, İran İslam Respublikası Ermənistan və Azərbaycanla konstruktiv münasibətlərə malikdir:
“İran davamlı sabitlik və təhlükəsizliyin bərqərar olması və regionda hərtərəfli inkişaf və tərəqqi prosesinə töhfə vermək üçün iki ölkə arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsinə çağırır”, - Araqçi qeyd edib.
Onun sözlərinə görə, İran sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsi və imzalanması üçün səy və köməyini əsirgəməyəcək.
Qeyd edək ki, Qriqoryan “Tehran Dialoq Forumu 2025”ə qatılmaq üçün İranda səfərdədir. O, bu gün Araqçi ilə görüş keçirib.
Oxşar xəbərlər
Ermənistan XİN başçısının müavini İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb
İran XİN rəhbəri Azərbaycanla Ermənistanı sülh müqaviləsini tezliklə imzalamağa çağırıb
İran XİN: Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına çalışırıq
Armen Qriqoryan Araqçi ilə görüşüb
İran və Ermənistan XİN rəhbərləri görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












