Fərid Şəfiyev: Azərbaycan Qlobal Cənubla əməkdaşlıqdan fayda əldə edir
Azərbaycan Qlobal Cənubla əməkdaşlıqdan fayda əldə edir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Milli Məclisdə “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Qlobal Cənub təkcə coğrafi yox, həm də siyasi anlayışa çevrilib:
Qlobal Cənubda bu günə qədər solçu ideologiyasının təsiri hiss edilir. Artıq Qlobal Cənub diskussiyadan əlavə konkret addımlar da atır. Qlobal Cənubun hazırda gündəliyində olan məsələlər var. Məsələn, ikili standartlar, Rusiya-Ukrayna məsələsi, qaçqınların qəbulu və s. kimi məqamlara diqqət çəkməyə çalışırlar. Bundan irəli gələn beynəlxalq hüquq məsələlərinə də diqqət yetirilir”.
F. Şəfiyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasında üç dəfə (2020-2023-cü illər) Azərbaycan əleyhinə cəhdlər olub və bu, neytrallaşdırılıb:
"Bu isə Qoşulmama Hərəkatının üzvlərinin hesabına baş tutdu”.
Oxşar xəbərlər
Milli Məclisdə Qlobal Cənubun yüksəlişi və Qərb mövzusuna həsr olunmuş dinləmələr keçiriləcək
BMTM-də Fransa müstəmləkələrindən olan jurnalistlərlə görüş keçirilib
Braziliya nümayəndəsi: Yeni platforma Qlobal Cənubun ədalətsizliyə qarşı mübarizəsini zəruri edir
Azərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək
Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













