Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
Azərbaycan Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb.
"Report" xəbər verir ki, dövlət başçısı bu fikri mayın 13-də Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edərkən səsləndirib.
İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb.
PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və ölkəsini də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi.
Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir.
İlham Əliyev deyib ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.
Oxşar xəbərlər
Prezident: PKK-nın özünü ləğv etməsi yalnız Türkiyə üçün deyil, bölgədəki xalqlar üçün önəmli məsələdir
Azərbaycan Prezidenti türkiyəli həmkarını təbrik edib
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
İstanbulda PKK/KCK terror qruplaşmasının rəhbərlərindən biri saxlanılıb
Türkiyə PKK terror təşkilatının daha 14 hədəfini məhv edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













