Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
sizinxeber.az xəbər saytı

Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir


Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı buraxması qərarını şərh edib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, o, bunu “terrorsuz Türkiyə” hədəfi baxımından əhəmiyyətli mərhələ adlandırıb.

"Terrorizm tamamilə bitərsə, yeni dövrün qapısı açılacaq", - partiya rəsmisi vurğulayıb.

Ö.Çelik əlavə edib ki, verilən qərar praktikada da həyata keçirilməlidir: "Bu proses dövlət qurumlarımız tərəfindən ciddi şəkildə izləniləcək, nəticələr Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq".

Qeyd edək ki, PKK terror təşkilatı bu gün rəsmi şəkildə özünü buraxdığını elan edib.

Oxşar xəbərlər

AKP: PKK-nın silahı yerə qoyması dönüş nöqtəsi olacaq
AK Parti sözçüsü: Türkiyə seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq ABŞ ilə dialoqa hazırdır
Ömer Çelik: Terror dəftərini tamamilə bağlayacağıq
Türkiyədə terrorla mübarizə istiqamətində yeni mərhələ başlayacaq
AKP sözçüsü: Bölgədə bəzi dövlətlərin təxribat cəhdlərinin qarşısı alınacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər