Rubio Fidana Rusiya – Ukrayna danışıqlarının təşkilində köməyinə görə təşəkkür edib – YENİLƏNİB
ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidana Rusiya və Ukrayna arasında mümkün birbaşa danışıqların təşkilində göstərdiyi köməyə görə təşəkkür edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılmış bəyanatda deyilir.
Qeyd olunur ki, Rubio və Fidan telefon danışığı aparıblar və bu zaman ABŞ dövlət katibi “Türkiyəyə Rusiya və Ukrayna arasında birbaşa danışıqları qəbul etdiyinə və dəstəklədiyinə görə təşəkkür edib, həmçinin dərhal atəşkəsin mümkünlüyünü alqışlayıb”.
Bundan əlavə, onlar mayın 14-15-də Antalyada keçiriləcək NATO ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin qeyri-rəsmi görüşünü müzakirə ediblər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Marko Rubio ilə telefon danışığında Suriya, Qəzza zolağı və Ukraynadakı vəziyyət daxil olmaqla regional məsələləri müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə məlumat yayıb.
“Xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Danışıq zamanı ikitərəfli məsələlər, eləcə də Suriya, Qəzza və Ukrayna daxil olmaqla regional məsələlər müzakirə edilib”, – telekanal diqqətə çatdırıb.
Türkiyənin XİN başçısı Suriyanın “sabitliyi və rifahı baxımından” bu ölkəyə qarşı sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayıb.
Telefon danışığında ABŞ vətəndaşı Edan Aleksandrın HƏMAS tərəfindən azad edilməsinin vacibliyi qeyd edilib.
Bundan başqa, tərəflər planlaşdırılan Rusiya – Ukrayna danışıqları barədə fikir mübadiləsi aparıblar.
“14-15 May tarixlərində Antalyada keçiriləcək NATO Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində dövlət katibi Rubionun Türkiyəyə edəcəyi səfərin təfərrüatları müzakirə edilib”, – telekanal bildirib.
Oxşar xəbərlər
Fidan Rubio ilə Ukraynanı müzakirə edib
Hakan Fidan Mark Rubio ilə Ukraynada mümkün atəşkəsi müzakirə edib
Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb
ABŞ dövlət katibi Marko Rubio Türkiyəyə səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
