Zeki Levent Gümrükçü: Türkiyə Azərbaycanın sülhsevər mövqeyini hər zaman dəstəkləyir
Azərbaycan bölgədə sabitliyin tərəfdarıdır və Türkiyə də hər zaman müttəfiq olaraq qardaş ölkənin bu mövqeyini dəstəkləyir.
Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında bu ölkənin xarici işlər nazirinin müavini Zeki Levent Gümrükçü deyib.
Onun sözlərinə görə, Azərbaycan bölgədəki durumu ən qısa zamanda davamlı sülhə çevirmək üçün çox böyük cəhdlər göstərir:
“Azərbaycanın ortaya qoyduğu mövqe açıq və bəllidir - daimi sülh. Bunun formalaşması üçün isə ən vacib şərt Ermənistanın uzun illərdir davam edən əsassız iddialarından geri çəkilməsidir, paralel olaraq, ATƏT-in Minsk qrupunun ləğvidir. Azərbaycanın tələbləri qanunidir”.
Nazir müavini Ermənistanın bu prosesdə sülh anlaşmasını imzalamamaq üçün müxtəlif bəhanələr gətirməsini də təbii sayır:
"İnanıram ki, bu cür maneələrə baxmayaraq, ən yaxın zamanda sülh müqaviləsi imzalanacaq”.
Oxşar xəbərlər
Ərdoğan: Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ortaya qoyulan bütün səyləri dəstəkləyirik
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
Türkiyə MN: Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik
Zeki Aktürk: Türkiyə Azərbaycana dəstək verməyə davam edir
Hakan Fidan: Türkiyə İlham Əliyevin bölgədə sülh istiqamətində qərarlı addımlarını dəstəkləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Ronaldo gümüş almaqdan imtina etdi
