Azərbaycanın Baş naziri To Lamla görüşüb
Baş nazir Əli Əsədov Azərbaycanda dövlət səfərində olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin (VKP MK) Baş katibi To Lam ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüş əsnasında Əli Əsədov səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə (VKP MK) Baş katibi To Lam arasında aparılan danışıqların əhəmiyyətini qeyd edib. Bu danışıqların, həmçinin əməkdaşlığın müxtəlif sahələrini əhatə edən imzalanan sanballı ikitərəfli sənədlər paketinin iki dost ölkənin dövlətlərarası əlaqələri tarixində yeni səhifə açacağına əminlik ifadə olunub.
Vurğulanıb ki, Azərbaycan-Vyetnam münasibətləri çox qədim və zəngin ənənələrə malikdir.
Qarşılıqlı münasibətləri əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vyetnamın birinci Prezidenti Ho Şi Min tərəfindən qoyulub. Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana gəlməsi və Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri iki xalq arasında dostluğun başlanğıcını qoyub.
Xüsusi olaraq qeyd edilib ki, məhz Heydər Əliyevin səfərindən sonra sovet rəhbərliyi Vyetnama iqtisadi və elmi-texniki yardım göstərib, minlərlə azərbaycanlı mütəxəssis isə ölkənin infrastrukturunun və neft sənayesinin postmüharibə dövründə bərpasına kömək etmək üçün Vyetnama göndərilib.
Vurğulanıb ki, sovet dövründə 5 minə yaxın vyetnamlı Azərbaycanda təhsil alıb.
To Lamın səfəri zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minə həsr olunmuş sərginin və onun büstünün açılışının əhəmiyyəti qeyd edilib.
Bildirilib ki, Heydər Əliyev və Ho Şi Minin miras qoyduqları irsi davam etdirərək, bu gün hər iki ölkənin rəhbərliyi dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində siyasi iradə nümayiş etdirir.
Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri əlaqələrin inkişafına və etimada əsaslanan əməkdaşlığın səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verib.
Azərbaycan ilə Vyetnam arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında dialoqun və səmərəli qarşılıqlı fəaliyyətin səviyyəsi yüksək qiymətləndirilib. Qeyd olunub ki, hakim partiyalar həmişə dostluq əlaqələri saxlayıb və iki ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm rol oynayıblar.
Görüş zamanı Azərbaycan-Vyetnam əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, investisiya, neft-qaz, mədəni-humanitar və başqa istiqamətlərdə gələcək inkişafı məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
Kamran Əliyev Vyetnamda səfərdə olub
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
KİV: To Lamın Bakıya səfəri Vyetnamın Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyini nümayiş etdirir
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub
To Lam: Birgə Bəyanat Vyetnam-Azərbaycan münasibətlərinin tarixində yeni səhifə açır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
