Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasında iştirak və çıxış edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan XİN başçısı çıxışı zamanı iqtisadiyyat, ticarət, investisiya, enerji, nəqliyyat əlaqələri və logistika kimi əsas sahələr üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mövcud olan böyük potensialı vurğulayıb.

Həmçinin Azərbaycanın Küveyt ilə əlaqələrin dərinləşdirilməsinə və ortaq prioritetlərin real və uzunmüddətli nailiyyətlərə çevrilməsinə sadiqliyi xüsusi qeyd olunub.

Sonda Birgə Komissiyanın 3-cü iclası üzrə Protokol və 2025–2027-ci illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib.

Oxşar xəbərlər

Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb
Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb
XİN: Azərbaycan-Küveyt tərəfdaşlığı möhkəm təməllər üzərində dayanır - YENİLƏNİB
Bakıda Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək
Ceyhun Bayramov Küveyt səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər