Mer: Azərbaycanın təşəbbüsü ilə QHT-lərin mövqelərinin konsolidasiyası davamlı inkişaf yolunda mühüm addımdır
Qeyri-hökumət təşkilatlarının, xüsusən də Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan tərəfinin mövqelərin konsolidasiyası təşəbbüsü yüksək qiymətə layiqdir, ümumi rifah və dayanıqlı inkişaf yolunda zəruri addımdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Kuala-Lumpur (Malayziya) meri Maimuna Mohd Şərif lobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanlandığı videomüraciətində bildirib.
Onun sözlərinə görə, Azərbaycan qlobal arenada, o cümlədən Qoşulmama Hərəkatı və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dəfələrlə liderliyini nümayiş etdirib.
“Qlobal Cənubda 90-dan çox ölkədən olan iştirakçıların iştirakı vətəndaş cəmiyyətinin birlikdə işləməyə, gələcəyi planlaşdırmağa və formalaşdırmağa dərin sadiqliyini nümayiş etdirir. Mən Azərbaycana Bakıda bu heyrətamiz platformaya ev sahibliyi etdiyinə və dünya miqyasında liderliyinə görə təşəkkür edirəm.
Qoşulmama Hərəkatının sədri kimi 2019-2023-cü illərdə Azərbaycan çoxtərəfli və inklüziv dialoqun təşviqində mühüm rol oynayıb. Bu isə müasir geosiyasi qeyri-sabitlik şəraitində xüsusilə qiymətlidir”, - o qeyd edib.
Kuala-Lumpurun meri vurğulayıb ki, Azərbaycanın liderliyi COP29 zamanı özünü büruzə verib və ölkə Qlobal Cənub QHT şəbəkəsinin işə salınmasına kömək etməklə inklüzivliyə sadiqliyini bir daha nümayiş etdirib: "137 ölkədən 1023-dən çox vətəndaş cəmiyyəti təşkilatını birləşdirən bu təşəbbüs Qlobal Cənubun kollektiv şəkildə fəaliyyət göstərə biləcəyi vahid platformaya ehtiyacı əks etdirir".
Oxşar xəbərlər
Gələn ay 100-ə yaxın ölkənin QHT-ləri Bakıda toplaşacaq
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Ramil İskəndərli: Qlobal Cənub QHT Platformasını 140-a yaxın ölkənin təşkilatları dəstəkləyib
Prezident: İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcək
Nigar Arpadarai: İqlim dəyişikliyi dünya iqtisadiyyatından öhdəlik, cəmiyyətlərdən əməkdaşlıq tələb edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
