Pezeşkian: Kommunikasiyalar İran-Azərbaycan ticarət əlaqələrini gücləndirə bilər
Biz quru yolların təmiri və bərpası üçün layihələrimizi həyata keçiririk. Astarada (İran) da eyni fəaliyyətlər həyata keçirilir.
“Report” xəbər verir ki, bu fikirləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycana səfəri barədə danışarkən deyib.
“Bu kommunikasiyalar ölkəmizlə Azərbaycan arasında ticari əlaqələri gücləndirə bilər. İkincisi, Azərbaycan İranla Rusiya arasındakı əlaqələrdə, ticarət daşınmalarında qovuşdurucu rol oynaya bilər. Üçüncü, Azərbaycan özü İran və Fars körfəzinin imkanları vasitəsilə nəqliyyatını İran torpaqlarına həyata keçirə bilər.
Məhz buna görə də İran bu gün bu sahədə öz üzərinə düşəni həyata keçirir və Azərbaycan Prezidenti ilə görüşdə də həmin sahənin daha da asanlaşdırılması üçün layihələrin düzgün həyata keçirilməsi istiqamətində söhbətlərimiz olacaq”, - İran Prezidenti qeyd edib.
Oxşar xəbərlər
Pezeşkian: İran və Rusiya sanksiyalara qarşı mübarizədə əməkdaşlığı gücləndirə bilər
Məsud Pezeşkian: İran və Azərbaycan qonşu olaraq bir birinə çox kömək edə bilər
İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi məsələsini öyrənirik
İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərdə tutmuruq
İran Prezidenti Azərbaycana səfər edəcək - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
