

İran Prezidenti: Ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul eləmirlər
Bütün ölkələrdə bəziləri danışmamalı olduqları sözləri danışır və çərçivələri sındırır, pozurlar. Bizim ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul eləmirlər.
“Report” xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra iki ölkə arasında yaranan münasibətlərə dair sualı cavablandırarkən deyib.
“Biz - siyasi və ictimai elita çalışmalıyıq ki, bəzilərinin düşünülməmiş hərəkətləri yuxarılara təsir etməsin. Uşaqlıq illərimizdə bir-birimizlə dalaşar, sonra barışardıq. Ancaq böyükləri işə cəlb eləyəndə onlar küsülü qalırdı”, - İran Prezidenti qeyd edib.
Məsud Pezeşkian Azərbaycan vətəndaşlarına arzularını çatdırıb: “Biz böyüklər uşaqların davası ilə və əlaqələrimizə xələl gətirmək istəyən bəzilərinin təsiri altına düşməməliyik. Bütün vücudumuzla Azərbaycandakı bacı-qardaşlarımızı sevir, onları özümüzdən hesab edirik. Bütün əzizlərimizə başıucalıq, izzət və müvəffəqiyyət arzu edirik”.
Oxşar xəbərlər
Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq
Pezeşkian: Azərbaycanda qəribliyin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq
Azərbaycanla bağlı səhvlərimiz olub... - Pezeşkian
İran Prezidenti ABŞ-a səfər edəcək
İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərdə tutmuruq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fələstin Prezidenti HƏMAS-ı Qəzza zolağında nəzarətdən imtina etməyə çağırıb
-
İranlı nazir Qriqoryanla Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
-
ABŞ-da tornado nəticəsində azı 21 nəfər ölüb, çox sayda yaralı var
-
Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək
-
Misir Prezidenti Trampdan Qəzzada sülhə nail olmaq üçün səy göstərməsini xahiş edib
-
Rubio: Danışıqlarda irəliləyiş olmasa, Konqres Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər
