sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Milli Məclisin sədri Roma Papasının dəfnində iştirak etmək üçün İtaliyaya gedib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti aprelin 25-də Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfər edib.
Milli Məclisdən "Sizinxeber.az"a bildirilib ki, Roma şəhərinin beynəlxalq hava limanında Milli Məclisin nümayəndə heyətini Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov və Vatikan rəsmiləri qarşılayıblar.
Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində Azərbaycanı təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.
Oxşar xəbərlər
Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək
Tramp Roma Papasının dəfn mərasimində iştirak edəcək
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Roma Papasının dəfn mərasimi aprelin 26-da keçiriləcək
Sahibə Qafarova Özbəkistana səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













