Çin Azərbaycanın tezliklə Ümumdünya Ticarət Təşkilatına üzv olmasını istəyir
sizinxeber.az xəbər saytı

Çin Azərbaycanın tezliklə Ümumdünya Ticarət Təşkilatına üzv olmasını istəyir


Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpin imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da bildirilir.

Sənədə əsasən, tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyirlər.

Bununla yanaşı, tərəflər ticarət və investisiyaların liberallaşdırılmasını və sadələşdirilməsini dəstəkləyir, unilateralizm və proteksionizm, despotizm və dünya ticarəti qaydalarının pozulmasının əleyhinə çıxırlar, birgə rifah naminə çoxtərəfli ticarət sistemini birgə səylərlə müdafiə edirlər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb
Azərbaycanla Çin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb - MƏTN
Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir
Azərbaycanla Çin arasında hərtərəfli strateji əməkdaşlıqla bağlı Birgə Bəyanat imzalanıb
Nazir: Azərbaycanın D-8-ə qoşulması Pakistanla iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar açır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər