Rəsmi Bakı: Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında əlaqə sözün əsl mənasında maneəsiz olmalıdır
sizinxeber.az xəbər saytı

Rəsmi Bakı: Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında əlaqə sözün əsl mənasında maneəsiz olmalıdır


Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində önəmli istiqamətlərdən biri delimitasiyadır və Dövlət Komissiyalarının fəaliyyətidir.

APA xəbər verir ki, bunu Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu istiqamətdə işləri yüksək qiymətləndirir: “2024-cü il bu baxımdan yaddaqalan oldu. İlk dəfə olaraq danışıqlar vasitəsilə razılığa gəlindi, 90-cı illərin əvvəlindən Ermənistan işğalında olan Qazaxın 4 kəndinin azad olunması prosesi baş tutdu. Dövlət Komissiyaları arasında təmaslar davam edir, bu prosesin növbəti aylarda da davam etməsi gözlənilir. Azərbaycan prosesə ümumilikdə nikbin baxır. Digər məsələ ölkələr arasında kommunikasiyaların açılmasıdır. Azərbaycanın qərb bölgələri ilə Naxçıvana arasında maneəsiz keçidin açılması mövzusu da var. Uzun müddət ərzində bu məsələ ətrafında danışıqlar intensiv gedirdi. Əfsuslar olsun ki, bu məsələdə hələ də əməli nəticə əldə edilməyib. Azərbaycan bu istiqamətdə irəliləyir, Ermənistan tərəfindən hələ də bu razılaşmanın əldə edilməsi baş verməyib. Azərbaycan ümumi kommunikasiyaların açılmasına əlavə olaraq, qərb bölgələri ilə Naxçıvan arasında əlaqənin qurulmasına xüsusi yanaşma tələb edir. Çünki belə hal yoxdur ki, bir ölkə iki hissəyə parçalanmış olsun. Ermənistan 2020-ci ildə maneəsiz keçid üzrə öhdəlik götürüb və bu yerinə yetirilməlidir. Azərbaycan üçün bu keçid sözün əsl mənasında maneəsiz olmalıdır, heç bir maneə olmamalıdır. Bu elə öhdəlik olmalıdır ki, Ermənistanın qanunvericiliyində hər hansı gələcək dəyişikliklər bu vəziyyəti qısa, uzun, orta perspektivdə dəyişmək imkanı olmasın. Çünki biz bunu bir dəfə yaşamışıq. Sovet dönəmində bizim maneəsiz keçidimiz var idi, amma pozuldu və 300 mindən çox əhalisi olan bölgə blokada şəraitində qaldı. Hər hansı siyasi konfiqurasiyanın dəyişməsi elementlərindən asılı olmayaraq, sərbəst maneəsiz keçidin təmin olunmasını Azərbaycan gözləyir və bu istiqamətdə səylərimiz davam edir”.

Oxşar xəbərlər

Azərbaycan və Sloveniya əczaçılıq sahəsində birgə istehsalı müzakirə edir
Ceyhun Bayramov Sloveniya XİN-in dövlət katibi ilə görüşüb - FOTO
Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət naziri Stiven Dauti ilə telefon danışığı aparıb
Nazir: Gələn il Azərbaycan-Sloveniya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunacaq
Ceyhun Bayramov Mirzoyanla Antalyadakı görüşünü kifayət qədər faydalı hesab edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər