Ceyhun Bayramov Mirzoyanla Antalyadakı görüşünü kifayət qədər faydalı hesab edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
apr
2025
13:50
0
0
1 398

Ceyhun Bayramov Mirzoyanla Antalyadakı görüşünü kifayət qədər faydalı hesab edir

17 apr, 2025
13:50
1 398

Ceyhun Bayramov Mirzoyanla Antalyadakı görüşünü kifayət qədər faydalı hesab edir

Azərbaycan hər zaman dialoqun, məsələlərin müzakirəsinin tərəfdarıdır.

Sizinxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, son illər ərzində Azərbaycanın Ermənistanla intensiv təmasları olub və bu təmaslar davam edir: "Antalya Diplomatiya Forumunun imkanlarından istifadə edərək erməni həmkarımla ikitərəfli görüşüm baş tutdu, görüşü kifayət qədər faydalı hesab edirəm. Hər hansı görüş məsələləri həll etmək imkanı verməsə də, tərəflərin mövqeyini, arqumentlərini, əsaslandırmalarını daha detallı şəkildə müzakirə etmək fürsəti verir. Buna görə qiymətləndirməm ondan ibarətdir ki, bu görüş də faydalı idi”.

Bizimlə əlaqə saxlayın