Azərbaycan Gürcüstan və Ermənistanla Tbilisi görüşünü müsbət qiymətləndirir
Bu gün Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərləri müavinlərinin görüşü keçirilir.
Sizinxeber.az xəbər verir ki, bunu Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, buna yeni reallıqlar imkan yaradır: “Hər üç ölkəyə aid olan mövzular bu görüşdə müzakirə edilir, bu, ikitərəfli mövzular müzakirəsi deyil. Bizim aramızda açıq məsələlərə toxunmayaraq, ümumi maraqlarımızda olan məsələlər müzakirə edilir. Transsərhəd çayları və bir sıra digər məsələlər bu gün müzakirə mövzusu olacaq. Ümumilikdə belə paltformanın təşkil edilməsini biz müsbət inkişaf kimi qəbul edirik”.
Oxşar xəbərlər
Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərləri müavinlərinin görüşü başlayıb
Azərbaycan və Sloveniya əczaçılıq sahəsində birgə istehsalı müzakirə edir
Ceyhun Bayramov Emil Hurezeanunu Rumıniya XİN rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib
Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













