Ceyhun Bayramov sloveniyalı həmkarını Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov sloveniyalı həmkarını Ermənistanla sülh prosesi barədə məlumatlandırıb


Sloveniyanın xarici işlər naziri Tanya Fayon Azərbaycanın Ermənistanla sülh prosesi barədə məlumatlandırılıb.

"Sizinxeber.az"un məlumatına görə, bunu Bakıda mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, ikitərəfli görüş zamanı Qafqazda gedən proseslər müzakirə edilib.

"Həmkarıma Azərbaycan torpaqlarının işğaldan azad olunandan sonra bölgədə yaranan yeni imkanlar, fürsətlər barədə məlumat verdim. Sülh sazişi ətrafında gedən proseslər, mart ayında sülh sazişi mətni üzrə danışıqların yekunlaşması, Azərbaycan tərəfinin bu prosesin tam bitməsi üçün Ermənistandan legitim gözləntiləri barədə danışmaq imkanı oldu".

Nazir qeyd edib ki, bu gözləntilər Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə davam edən ərazi iddiaları və tarixə qovuşmuş Minsk qrupunun tam ləğv olunmasını ehtiva edir.

Oxşar xəbərlər

Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzərində irəliləyişlərlə bağlı serbiyalı həmkarını məlumatlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Stiven Dautinə Ermənistanla sülh prosesi barədə məlumat verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qvineya-Bisaunun xarici işlər naziri Ermənistanla sülh danışıqları barədə məlumatlandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sloveniya Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan – Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı məlumatlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər