BTQ-nin təşkil etdiyi beynəlxalq konfransda müstəmləkəçiliyin tanınması ilə bağlı petisiya başladılıb - FOTO
sizinxeber.az xəbər saytı

BTQ-nin təşkil etdiyi beynəlxalq konfransda müstəmləkəçiliyin tanınması ilə bağlı petisiya başladılıb - FOTO


Aprelin 15-i BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri ilə birgə təşkil etdiyi "Dekolonizasiya: Sakit İnqilab" konfransının iştirakçıları tədbirin sonunda müstəmləkəçilik zülmünün tanınması və təzminatların ödənilməsi tələbi ilə bağlı petisiya başladılıb.

Sizinxeber.az xəbər verir ki, petisiyada müstəmləkəçilik zülmünə məruz qalmış xalqlara vurulmuş maddi və mənəvi zərərlərin beynəlxalq səviyyədə tanınması və təzminatların ödənilməsini tələb edilib.

Müstəmləkə rejimlərinin siyasətinin on milyonlarla insanın istismarına, köləliyə, etnik ayrı-seçkiliyə və ciddi sosial-iqtisadi böhranlara səbəb olduğu, müstəmləkə idarəçiliyinin fəsadlarının bu gün də davam etdiyi qeyd edilib. Əsrlər boyu müstəmləkə imperiyalarının işğal etdikləri xalqların hesabına öz sərvətlərini artırdığı, onların təbii resurslarını talan etdiyi, milli kimliyi məhv etdiyi və zorakı yolla öz hökmranlıqlarını davam etdirdikləri vurğulanıb.

Bu xüsusda, Fransa və Niderland kimi müstəmləkəçi rejimlər, imperiya dövründə qurulmuş sistemlərdən hələ də faydalandıqları qeyd edilərək, müstəmləkəçiliyin təsirinə məruz qalan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Qvadelup, Uollis və Futuna, Martinik, Fransız Qvianası, Sin-Martin, Boneyra, Reyunyon və Mayot kimi ərazilərin bu gün də ədalətsiz ticarət sistemləri, qanunsuz maliyyə axınları və məcburi borc yükü kimi problemlərlə mübarizə aparırdıqları diqqətə çatdırılıb.

Ləyaqətli təzminatın yalnız mənəvi məsələ olmadığı – bunun, qlobal ədalət və dayanıqlı inkişaf üçün zərurət olduğu vurğulanıb. Təzminatın bir çox beynəlxalq hüquqi sənədlərdə öz əksini tapdığı qeyd edilib, bu xüsusda, BMT Baş Assambleyasının 1514 (XV) saylı qətnaməsi, BMT-nin 2001-ci il Durban Bəyannaməsi BMT-nin sənədləri kimi yayılmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 oktyabr 2023-cü il tarixində Bakıda keçirilmiş “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” və 21 noyabr 2023-cü ildə Bakıda keçirilmiş “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciəti və digərləri qeyd olunub.

Sonda petisiyada tarixi məsuliyyətin tanınması, kolonial rejimlər tərəfindən rəsmi üzrxahlığın ifadə edilməsi, layiqli kompensasiyanın ödənilməsi, borcların silinməsi və iqtisadi dəstəyin göstərilməsi, sosial və mədəni dəstəyin təmin edilməsi, ətraf mühitə vurulan ziyanın tanınması kimi tələblər irəli sürülüb.

Oxşar xəbərlər

BTQ-nin təşkil etdiyi beynəlxalq konfransın yekun sənədi qəbul olunub - FOTO
Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martinə həsr olunmuş konfrans keçiriləcək
İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçirilir - FOTO
Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər