Bakı Təşəbbüs Qrupu öz saytında petisiya başladıb
sizinxeber.az xəbər saytı

Bakı Təşəbbüs Qrupu öz saytında petisiya başladıb


Bakı Təşəbbüs Qrupu (BTQ) bu gündən öz saytında “Tarixi müstəmləkə zülmünü tanımaq və lazımi təzminatı təmin etmək” adlı petisiya yaradıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasov BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda elan edib.

A.Abbasov bütün iştirakçıları petisiyanı imzalamağa və ədalətin bərpasını təmin etməkdə dəstək göstərməyə çağırıb.

Petisiyada müstəmləkəçilik zülmünə məruz qalmış xalqlara vurulmuş maddi və mənəvi zərərlərin beynəlxalq səviyyədə tanınması və təzminatların ödənilməsi tələb edilir. Müstəmləkə rejimlərinin siyasətinin on milyonlarla insanın istismarına, köləliyə, etnik ayrı-seçkiliyə və ciddi sosial-iqtisadi böhranlara səbəb olduğu, müstəmləkə idarəçiliyinin fəsadlarının bu gün də davam etdiyi qeyd edilib. Əsrlər boyu müstəmləkə imperiyalarının işğal etdikləri xalqların hesabına öz sərvətlərini artırdığı, onların təbii resurslarını talan etdiyi, milli kimliyi məhv etdiyi və zorakı yolla öz hökmranlıqlarını davam etdirdikləri vurğulanıb. 

Bu xüsusda, Fransa və Niderland kimi müstəmləkəçi rejimlər, imperiya dövründə qurulmuş sistemlərdən hələ də faydalandıqları qeyd edilərək, müstəmləkəçiliyin təsirinə məruz qalan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Qvadelup, Uollis və Futuna, Martinik, Fransız Qvianası, Sin-Martin, Boneyra, Reyunyon və Mayot kimi ərazilərin bu gün də ədalətsiz ticarət sistemləri, qanunsuz maliyyə axınları və məcburi borc yükü kimi problemlərlə mübarizə aparırdıqları diqqətə çatdırılıb. 

Ləyaqətli təzminatın yalnız mənəvi məsələ olmadığı – bunun, qlobal ədalət və dayanıqlı inkişaf üçün zərurət olduğu vurğulanıb.

Təzminatın bir çox beynəlxalq hüquqi sənədlərdə öz əksini tapdığı qeyd edilib, bu xüsusda BMT Baş Assambleyasının 1514 (XV) saylı qətnaməsi, BMT-nin 2001-ci il Durban Bəyannaməsi BMT-nin sənədləri kimi yayılmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 oktyabr 2023-cü il tarixində Bakıda keçirilmiş “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” və 21 noyabr 2023-cü ildə Bakıda keçirilmiş “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciəti və digərləri qeyd olunub. 

Sonda petisiyada tarixi məsuliyyətin tanınması, kolonial rejimlər tərəfindən rəsmi üzrxahlığın ifadə edilməsi, layiqli kompensasiyanın ödənilməsi, borcların silinməsi və iqtisadi dəstəyin göstərilməsi, sosial və mədəni dəstəyin təmin edilməsi, ətraf mühitə vurulan ziyanın tanınması kimi tələblər irəli sürülüb.

Oxşar xəbərlər

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu böyük beynəlxalq nüfuza sahibdir
Abbas Abbasov: BTQ ilə 15 müstəmləkə ərazisi arasında əməkdaşlıq qurulub
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu son bir il ərzində 16 beynəlxalq tədbir təşkil edib
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu Vahid Sen-Marten Assosiasiyası ilə memorandum imzalayacaq
Abbas Abbasov: BTQ müstəmləkəçiliyə qarşı mübarizəni dəstəkləməyə davam edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər