Abbas Abbasov: BTQ müstəmləkəçiliyə qarşı mübarizəni dəstəkləməyə davam edəcək
Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkə ərazilərinin müstəqilliyi uğrunda mübarizə aparanlara hərtərəfli dəstək göstərməyə davam edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun "Müstəmləkəçilik: milli-dini kimliyin silinməsi" mövzusunda beynəlxalq konfrans ərəfəsində təşkil etdiyi mətbuat konfransında BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirib.
"Yeni Kaledoniyada siyasi məhbusların həbsi və saxlanılması ilə bağlı yaranmış vəziyyət digər dənizaşırı ərazilərdə də müşahidə olunur. Biz müstəqillik uğrunda mübarizə aparan hər kəsə dəstəyimizi davam etdirəcəyik. Bilirik ki, 1984-cü ildən bəri Fransa kanaklarla dialoq qurmağa çalışır, lakin bu cəhdlər hələ də konkret nəticələrə gətirib çıxarmayıb. Biz də bu prosesdə vasitəçi kimi çıxış etməyə hazırıq və Fransanı bütün dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına son qoymağa çağırırıq", - o vurğulayıb.
Oxşar xəbərlər
BTQ Fransanın Dənizaşırı ərazilərindəki siyasi məhbuslara hərtərəfli dəstək göstərir
BTQ-nin icraçı direktoru: Fransanın Yeni Kaledoniyaya təyin etdiyi şəxs müstəmləkəçilik siyasəti həyata keçirir
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu Vahid Sen-Marten Assosiasiyası ilə memorandum imzalayacaq
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu böyük beynəlxalq nüfuza sahibdir
Abbas Abbasov: BTQ müstəmləkəçiliyə qarşı mübarizədə Afrika ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













