Hulusi Akar: Ermənistan sərhəddə atəşkəsi pozmaqla bir yerə çata bilməz
“Ermənistanın ağlını başına toplaması lazımdır. İlk iş budur”.
APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, “Tək Vətən” hərəkatı ilə Qarabağda Zəfər qazanıldı və azadlığına qovuşdu: “Şuşada üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ermənistan ən qısa zamanda reallığı həzm edib bu gerçəkləri qəbul etməlidir. Azərbaycanın uzatdığı barış əlini Ermənistan ən qısa zamanda qəbul etməlidir. Tez zamanda sülh sazişi imzalanmalıdır. Tezliklə bölgəyə sülh gəlməlidir. Məqsədimiz budur. Ermənistan tərəfindən Azərbaycan sərhədlərində atəşkəsin pozulması halları boş səylərdir. Bununla bir yerə çatmaq olmaz”.
Oxşar xəbərlər
Hulusi Akar: Cənubi Qafqazda imzalanacaq sülh sazişi ölkələr üçün faydalı olacaq
Azərbaycan Prezidenti Hulusi Akarı qəbul edib
ŞKTC Məclisinin komitə sədri: Cənubi Kipr heç bir addım atmır, atmaq niyyəti də yoxdur
Hulusi Akar: "Kimsə Azərbaycan və Türkiyəyə tərs baxa bilməyəcək"
Milli Məclisin sədri Hulusi Akar ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
